Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Fərrux İsmayıl oğlu Ramazanovun idarə etdiyi “Hyundai” markalı çörəklə dolu yük maşını eyni istiqamətdə hərəkətdə olan Gədəbəy rayon sakini, 1987-ci il təvəllüdlü Yaşar Valeh oğlu Hüseynovun idarə etdiyi “Shagman” markalı yük maşınına arxadan çırpılıb.
Nəticədə “Hyundai”ın sürücüsü aldığı xəsarətdən hadisə yerində ölüb. Yük maşınında sıxılmış vəziyyətdə qalmış meyit Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və təhqiqat Şöbəsində araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub