Xalq artisti Əminə Yusifqızı "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Mynews.az report-a istinadən xəbər verir ki, xəbər verir ki, mərhumla əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçirilib.
Mərasimin ardınca cənazə "Qud qapısı" qəbiristanlığına aparılaraq dəfn olunub.
*** 13:50
Təzə Pir məscidində Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb.
Mynews.az report-a istinadən xəbər verir ki, mərasimdə mərhumun ailəsi, qohumları və sənət dostları, eləcə də Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak ediblər.
Vida mərasimində Xalq artistinin Azərbaycan mədəniyyətinə töhfəsindən bəhs olunub.
Onun yaradıcılığının daim yaşayacağı ifadə olunub.
Mərasimin ardınca cənazə dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılıb.
*** 11:50
Təzə Pir məscidində Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilir.
Mynews.az report-a istinadən xəbər verir ki, mərasimdə mərhumun ailəsi, qohumları və sənət dostları, eləcə də Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak edir.
*** 10:48
Xalq artisti Əminə Yusifqızı "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Mynews.az xəbər verir ki, mərhumla əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçiriləcək. Daha sonra o "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub