Mingəçevir şəhərində binanın zirzəmisində aşkar edilən körpə ilə bağlı rəsmi açıqlama verilib.
Sosial Xidmətlər Agentliyindən (SXA) Mynesw.az-ın sorğusuna cavab olaraq bildirilib ki, körpənin gələcəyi ilə bağlı müvafiq addımlar atılacaq.
Qeyd edilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə altsisteminə məlumat daxil olan kimi Agentliyin əməkdaşları prosesə cəlb olunublar.
"Əməkdaşlarımız tərəfindən sözügedən uşağın yerləşdirildiyi səhiyyə müəssisəsinə baş çəkilib və körpənin ilkin qiymətləndirilməsi aparılıb. Müayinə, müalicə və qiymətləndirmə prosedurları bitdikdən sonra körpənin yaşına və sağlamlıq vəziyyətinə uyğun olaraq müvafiq addımlar atılacaq", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, ötən gün Mingəçevir şəhərinin Heydər Əliyev prospektində, Sənaye Parkı ilə üzbəüz binanın zirzəmisində atılmış körpə oğlan uşağı tapılıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub