Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə paytaxtın Binəqədi rayonu, Balaxanı şossesində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Mynews.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “İVECO” və “SAZ” markalı avtobusların toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “İVECO” markalı avtobusun sürücüsü deformasiyaya uğramış avtobusda sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtobusda sıxılı vəziyyətdə qalan sürücü, Valeh Süleymanovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub