Bu gecə Bakıda London taksisi qəzaya düşüb.
Mynews.az Lent.az-a istindən xəbər verir ki, saat 04 radələrində 1975-ci il təvəllüdlü Əliyev Vüqar Əliabbas oğlunun idarə etdiyi “London TX 4” markalı 10-TH-739 nömrə nişanlı taksi Puşkin küçəsində yol kənarındakı beton lövhəyə çırpılıb.
Nəticədə avtomobildə olan sərnişinlər - İran vətəndaşları 1986-cı il təvəllüdlü Kərimi Fatimə Davud qızı və 1989-cu ildə anadan olmuş Şeyxəlizadə Murtuza Mahmud qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Kliniki Tibbi Mərkəzə aparılıb.
Bildirilir ki, taksidə qəzaya düşən iranlı qızlar martın 19-da Bakıya gəliblər və “Bulvar” oteldə qalırlar.
Faktla bağlı araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub