Bakıdan İstanbula təyyarə ilə uçmaq istəyən iş adamı Heydər Əliyev Beynəlxalq Aeroportunda narkotiklə saxlanılıb.
Mynews.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş Əliyusif Xəlilovun Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Əliyusif Xəlilov qanuni təmsilçisi olduğu şirkətin Türkiyənin İstanbul şəhərində filialı olduğu üçün sözügedən ölkəyə gedirmiş. Psixotrop maddə olan metamfetamindən istifadə edən iş adamı üzərində Bakı-İstanbul aviareysi ilə Türkiyəyə aparmaq məqsədilə həmin vasitəni gizlədib.
O, çətinləşdirən üsullardan istifadə etməklə psixotrop maddənin 1.408 qramını sellofan bükümdə qablaşdıraraq eynək qabının içərisində çiyin çantasına, 0.357 qramını isə kassa qəbzinə bükərək əynindəki açıq qəhvəyi rəngli gödəkçənin cibinə yerləşdirib.
Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Əliyusif Xəlilov məhkəmədə əməlindən peşman olduğunu bildirərək barəsində təyin ediləcək cəzanın şərti tətbiq edilməsini xahiş edib. Məhkəmənin hökmü ilə Əliyusif Xəlilov 2 il müddətinə dövlət və yerli özünüidarəetmə, özəl sahədə rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub