Audiovizual Şura qohumlararası nikahla bağlı toy şənliyi yayımladığına görə MTV kanalı barəsində protokol tərtib edərək cərimə olunması üçün məhkəməyə müraciət edib.
Mynews.az xəbər verir ki, bu barədə Şura məlumat yayıb.
Belə ki, sözügedən kanalın efirində oktyabrın 22-si saat 20:31-21:24 arası yayımlanan "Toya gəlmişik” proqramının yayımı zamanı "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 9.3-cü maddəsinin tələbi pozulub.
Həmin proqramın yayımı zamanı bölgələrin birində keçirilən qohumların (xalaqızı və xalaoğlunun) toy məclisi nümayiş etdirilib.
Məlumatda həmçinin qeyd edilib ki, bir neçə gün əvvəl digər yayımçı tərəfindən bu qəbildən pozuntu halı törədilib və Audiovizual Şuranın iclasında həmin yayımçıya xəbərdarlıq olunub. Həmin yayımçıya xəbərdarlıq olunanda bütün yayımçılardan diqqətli olmaları və bu istiqamətdə monitorinqlərin davam edəcəyi bildirilib: "Həmin haldan bir neçə gün sonra "MTV” kanalında yuxarıda qeyd olunan pozuntu halı baş verib. Məsələnin ciddiliyini nəzərə alaraq və yayımçıların bu məsələyə bir daha diqqətini cəlb etmək məqsədilə oktyabrın 24-də "MTV” kanalının aid olduğu "MUZ TV Azərbaycan” MMC-nin səlahiyyətli nümayəndəsi Audiovizual Şuraya dəvət edilib. Pozuntu faktına görə inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq məhkəməyə göndərilib”.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub