Azərbaycanlı həkim Tural Sultanov 1 aydır ki, itkin düşüb.
Mynews.az xəbər verir ki, bu barədə Musavat.com-a həkimin əmisi qızı, jurnalist Pərvanə Sultanova məlumat verib.
O bildirib ki, yaxın qohumunun 33 yaşı olub və “BUE CASPİAN LTD” şirkətinə məxsus gəmidə çalışıb. Turalın itkin düşməsi ilə bağlı xəbəri ailəsi gəmi Xəzər dənizində olarkən alıb:
“Əmimoğlu Kazan Tibb Universitetini bitirib, Almaniyada təhsil alıb. 4 xarici dildə danışırdı, çox savadlı idi. Əmimin özü də həkimdir. Gəmidə işləmək əmimoğlunun öz seçimi idi. Bir aydır ki, ailəsi Turaldan xəbər ala bilmir.
Əmimə bir ay bundan öncə dedilər ki, oğlu itkin düşüb. Bu müddətdə axtarışlar getdi, ancaq Turalın nə dirisi, nə də ölüsü tapıldı. İndi isə axtarışları dayandırıblar. Deyirlər ki, axtarış müddəti başa çatıb. Ailəsinin ən böyük istəyi Turalın ölüsünün və ya dirisinin tapılmasıdır. Hamının gözü yoldadır.
Onun itkin düşməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülər. Deyirlər ki, dənizdə çox dərinə üzüb gedib və s. Halbuki o, üzgüçülüyü çox yaxşı bacarırdı və fırtınada da üzürdü. Deyilənə görə, itkin düşdüyü gün hava çox pis olub.
Onun axtarışları 27 sentyabrdan, yəni hadisə baş verdiyi gündən bəri davam edir. Xilasetmə əməliyyatları 5 gəmi və helikopterlə həyata keçirilib, amma hələ də xəbər yoxdur”.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub