Prezident Adminsitrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra ardıcıl olaraq onun həyat yoldaşı, qızı və gəlini tutduqları vəzifələrdən azad olundular. Akademikin fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğlu Teymur Mehdiyevin də karyerası ilə vidalaşacağına dair yayılan xəbərlər isə öz təsdiqini tapmır.
Mynews.az bu mövzuda yeni məlumat əldə edib. Məlumata görə, atasının həbs edilməsinə, ailə üzvlərinin vəzifədən çıxarılmasına baxmayaraq, oğul Mediyevin iş qrafikində heç bir dəyişiklik baş verməyib. O, hər gün səhər 9-da işdə olur, bəzən axşam 20:00, hətta 21:00-a kimi vəzifəsinin icrasını davam etdirir: “Digər müavinlər kimi Teymur Mehdiyev də nazir evə getməyənədək iş yerini tərk etmir”.
Məlumatlı şəxs oğul Mehdiyevin işdən-çıxarılıb-çıxarılmayacağına dair nazirlikdə hər hansı müzakirə aparılmadığını bildirib: “Hər kəs bilir ki, bu məsələ birbaşa dövlət başçısının səlahiyyətinə daxildir”.
Qeyd edək ki, general-mayor Teymur Mehdiyev 25 iyun 1975-ci ildə Gürcüstan Respublikasının Suxumi şəhərində anadan olub. O, Bakı Dövlət Universitetini bitirib, hüquq elmləri namizədidir.
Ailəlidir, 2 övladı var.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub