Xəbər verdiyimiz kimi, Avropa Birliyinin sanksiyalarına məruz qalan Dağıstandakı Qızılyar Elektromexaniki Zavodunun rəhbərlərinin olduğu helikopter Xəzər dənizi sahilində yerləşən kəndlərdən birində qəzaya uğrayıb. Nəticədə beş nəfər ölüb.
Mynews.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Teleqraf" nəşri məlumat yayıb. Hadisə yerindən yayılan kadrlarda Ka-226 tipli helikopterin çimərlikdə eniş etməyə çalışdığı, quyruq hissəsi ilə yerə toxunduğu və nəticədə quyruq vintinin qopduğu görünür. Pilot helikopteri yenidən havaya qaldırmağa cəhd edir, lakin idarəetməni itirir və helikopter fırlanaraq yerə düşür.
KİV-lərin məlumatına görə, qəzanın səbəbi texniki nasazlıq olub. Lakin bu hadisə 2023-cü ildə “Vaqner” qrupunun keçmiş rəhbəri Yevgeni Priqojinin öldüyü helikopter qəzasını xatırladır.
Qızılyar zavodu 2024-cü ildə Rusiya ordusu üçün aviasiya avadanlığı istehsal etdiyinə görə Avropa Birliyinin sanksiya siyahısına daxil edilib.
Ölənlər arasında tikinti və nəqliyyat təminatı üzrə baş direktor müavini Açalo Maqomedov da var. Bundan əlavə, daha üç zavod rəhbəri və helikopterin bortmexaniki ölüb. İki nəfər yaralanıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub