2024-cü il iyulun 1-də Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsindəki mənzillərdən birində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın meyitinin olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Mynews.az bildirir ki, ekspert kriminalistlər çarpayının üzərindəki meyitə baxış keçirərkən ilkin olaraq üzərində zorakılıq əlamətləri müəyyənləşdirərək onun hər hansı bir vasitə ilə boğularaq öldürüldüyü qənaətinə gəliblər.
Qətllə bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.
İlkin istintaq tədbirləri ilə müəyyən edilib ki, Təhminə Qasımovanı qardaşı Təbriz Qasımov boğaraq öldürüb və sonra da polisə gedərək təslim olub.
İstintaqa cəlb olunan Təbriz Qasımovun ifadəsindən bacısını qısqanclıq zəminində qətlə yetirdiyi məlum olub.
Ailəsinin razılığı olmasa da, bacısı 2019-2020-ci illərdə qeyri-rəsmi olaraq bir şəxslə yaşayıb və onların övladı dünyaya gəlib. Bundan sonra Təhminə Qasımova həmin şəxsdən ayrılaraq digər bir şəxslə qeyri-rəsmi yaşamağa başlayıb. İkinci dəfə də onun bir övladı dünyaya gəlib.
2023-cü ildə Təhminə sonuncu dəfə yaşadığı şəxsdən də ayrılaraq Şəmkirə anasının yanına gedib. Təbriz isə bacısının bu hərəkətlərinə görə ona nifrəti olduğundan qardaşı ilə birlikdə Bakıya gəlib, kirayə ev tutub, işləməyə başlayıb.
İstintaq materiallarından bəlli olub ki, Təbriz Qasımov Bakıya gəldikdən sonra anası və bacısı Təhminə də Bakıya gələrək Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində ev kirayə tutublar.
Təbrizin bacısı ilə münasibəti olmasa da, qardaşı vasitəsilə öyrənir ki, bacısı mütəmadi olaraq işdən evə gec gəlir.
Bu dəfə o, bacısını öldürmək qərarına gələrək gecə saat 4 radələrində anası ilə bacısının yaşadığı evə gəlib. Həyətdə olarkən qardaşının ona mane olmağının qarşısını almaq məqsədilə onu mağazaya siqaret almağa göndərib. Özü isə mənzilə daxil olaraq bacısını yatmış vəziyyətdə çarpayıda dəsmalla boğmağa başlayır. Ana ilə qardaşı otağa daxil olanda isə artıq gec olub.
Təbriz Qasımov yaxınlıqdakı 5-ci Polis Bölməsinə gedərək bacısını öldürdüyünü etiraf edib. Məhkəmə zamanı onun cinayəti sübuta yetirilərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub