Şəmkir şəhərində aparılan yoxlama zamanı satışda külli miqdarda saxta araq müəyyən edilib.
Mynews.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, mağazadan ümumi həcmi yüz iyirmi yeddi tam onda altı litr olan iki yüz üç ədəd şübhəli içki götürülüb.
Agentliyin əməkdaşları tərəfindən aparılan araşdırma texniki normativ tələblərin pozulduğunu göstərib. Mağazada Belaya, Organic Ultra, Organic Brand, Organic Free, Organic Ekskluziv, Oscar, Sobranie, Ağsu, İCE, Organic və Moskovskiy adı ilə satılan içkilərin saxta olduğu müəyyən edilib. Məhsulların sənədlərinin təqdim edilmədiyi və etiket məlumatlarının düzgün göstərilmədiyi də məlum olub.
Aşkarlanan saxta məhsullar satışdan çıxarılıb və onların nümunələri laborator müayinəyə göndərilib. Sahibkar barəsində inzibati protokol tərtib edilib. Fakt üzrə materialların hüquq mühafizə orqanlarına təqdim olunması nəzərdə tutulur.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub