Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidir (rəsmi soyadı Hümbətovadır - red).
Metbuat.az Report-a istinadən xəbər verir ki, yanğın nəticəsində 1977-ci il təvəllüdlü K.Hümbətova yanğın nəticəsində tüstüdən zəhərlənərək ölüb.
Qeyd edək ki, hadisə nəticəsində həmçinin 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli, 1983-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov ölüblər.
Təcili tibbi yardım briqadası tərəfindən ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub