Paytaxtın Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Mynews.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, naməlum şəxsin gündüz saatlarında zərərçəkənə məxsus mağazadan 600 manat pul vəsaitini açıq talama yolu ilə ələ keçirməsi barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də eyni talama cinayətlərinə görə məhkum edilmiş 37 yaşlı Faniz Səfərov saxlanılıb. Onun obyektdən əldə etdiyi pulları hadisədən sonra necə sayması da təhlükəsizlik kameraları vasitəsilə görüntülənib.
Bölmə əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 29 yaşlı Bəhruz Əliyev də saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 1 kiloqramdan artıq marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.
B.Əliyev ifadəsində taksi sürücüsü görüntüsü yaradaraq narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşı vasitəsilə rayon ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birindən götürdüyünü və çoxsaylı bükümlərə ayıraraq satmağı planlaşdırdığını bildirib.
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub