Yasamaldakı çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğında ittiham olunan "Loft” restoranında bir müddət əvvəl yanğın təhlükəsizliyi pozulubmuş.
Sakinlərdən birinin müraciətindən sonra aparılan araşdırma nəticəsində restoranda havalandırma sisteminin norma və tələblərə uyğun quraşdırılmadığı müəyyən edilib.
Həmin vaxt Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən obyektin cavabdeh şəxsi inzibati məsuliyyətə cəlb edilib, aşkar edilmiş nöqsanların aradan qaldırılması tapşırılıb.
İndi isə iddia olunur ki, ötən həftə baş verən yanğın binanın aşağısında yerləşən kafedən keçən şaxtanın zədələnməsi səbəbindən baş verib.
Sakinlərdən bəziləri iddia edir ki, hadisə vaxtı yanğın olmayıb, binanın şaxtasından güclü tüstü yayılıb və tikilinin dəhlizlərini bürüyüb. Bina sakini jurnalist Heydər Mirzənin sözlərinə görə, həmin kafe binanın qarajının bir hissəsini zəbt edib, həmçinin əxlaqsızlıq yuvası kimi də fəaliyyət göstərib. O, məsələ ilə bağlı bir müddət əvvəl məhkəməyə müraciət etdiklərini də vurğulayıb.
Qeyd edək ki, yanğınla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. İlk olaraq iş üzrə binanın zirzəmisində yerləşən "Loft Dent” klinikasının direktoru Bəhruz Paşayev saxlanılıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub