Qorxu keçirən 17 yaşlı yeniyetmə 1 il əvvəl bitirdiyi məktəbin qarşısındakı həyətdə ölüb.
Mynews.az xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki 94 saylı məktəbin qarşısında baş verib.
17 yaşlı Eşqin Məhi oğlu Rüstəmov yaxın dostlarının əhatəsində vəfat edib. Onun ayağının altına atılan pirotexniki vasitədən həyəcan keçirdiyi bildirilir.
Hadisənin baş verdiyi an Eşqi Rüstəmovun yanında olan həmyaşıdları onun partlayışdan həyəcan keçirdiyini iddia ediblər.
Fidan Hüseynova iddia edir ki, təcili tibbi yardım ilkin yardım göstərib getdikdən sonra Eşqi Rüstəmovun səhhəti yenidən pisləşib.
Mərhumun qonşuları bildiribki, Eşqin Rüstəmovun ailəsi əslən Cəbrayıl rayonundandır. Evin tək oğlu olan Eşqinin özündən başqa bir bacısı var.
Hazırda faktla bağlı araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub