Prezident Administrasiyasının sabiq rəhbəri, vətənə xəyanətdə təqsirləndirilən akademik Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəzifədən çıxarıldığı barədə məlumat yayılıb.
Mynews.az xəbər verir ki, Modern.az-a daxil olan məlumata görə Mehdiyevin qızı Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsindən azad olunub. Onun kafedrada adi müəllim vəzifəsində qaldığı qeyd olunur.
Sayt məlumatı dəqiqləşdirmək üçün Bakı Dövlət Universitetilə əlaqə saxlasa da, suala cavab verilməyib.
Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirən K.Əliyeva ixtisasca bioloq olsa da, psixologiya elmləri üzrə namizədlik və doktorluq dissertasiyaları müdafiə edib.
Psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva 2010-cu ildə Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsinə təyin olunub. 2009-cu ildə BDU-nun Elmi Şurası tərəfindən "ilin müəllimi” adına layiq görülüb, Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. 2010-2011-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığa görə komitə tərəfindən diplomla, 2012-ci ildə Bakı Dövlət Unuiversitetinin Fəxri Fərmanı ilə təltif olunub.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub