Dekabrın 7-də Biləsuvar rayonunun Zəhmətabad kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində bir ailənin üzvləri də daxil olmaqla ümumilikdə beş nəfər həyatını itirib.
Rayon sakini, 22 yaşlı Vasif Həsənlinin idarə etdiyi "Lexus" markalı avtomobil idarəetməni itirib və su kanalına düşüb.
Qəza nəticəsində sürücü ilə yanaşı, sərnişinlər - 24 yaşlı Rusif Həsənli, 35 yaşlı İldırım Həsənli, 25 yaşlı Məhəmməd Məmmədli və 18 yaşlı Əliqardaş Rəsulzadə hadisə yerində həlak olublar.
Olay kənddə böyük sarsıntı yaradıb. Mərhum İldırım Həsənlinin atası İlqar Həsənov yaşadıqları faciəni belə təsvir edib:
"Ölənlərdən ikisi qardaşım balalarıdır. Digəri də qonşumdur. Ağır dərddir. Ailə məhv oldu, bircə nəvəsi qalıb. İldırım mənim oğlum idi, 35 yaşı vardı. Deyirlər, maşını 150 km/saat sürətlə idarə ediblər. İdarəetməni itirib və nəticə bu olub".
Həlak olanlardan biri - 25 yaşlı Məhəmməd Məmmədlinin atası Vidadi Məmmədov isə bu sözləri deyib:
"Hamısı mənim balalarımdır. Bizim ailə üçün böyük faciədir. Qonşunun iki oğlu və mənim oğlum - üçü də dost idilər. Üçü də bir yerdə dəfn olundular".
Daha ətraflı Baku TV-nin süjetində:
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub