Bu gün Bakı şəhərinin 14 nömrəli tam orta ümumtəhsil məktəbinin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib.
Bu barədə Mynews.az-a 14 nömrəli tam orta məktəbdən məlumat verilib.
Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma müraciət olunub və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb: "Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss etməyə başlayıblar”.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
Qeyd olunan şagirdlər müvafiq müayinə və uyğun tibbi prosedurlara cəlb olunub. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub