Abşeron rayonunda yerləşən “Həyat üçün şans” reabilitasiya mərkəzinə müalicə üçün gətirilən və bir gün sonra orada dünyasını dəyişən Pərviz Zərdan oğlu Həsənovun ölümü ilə bağlı daha bir məhkəmə prosesi başa çatıb.
Mynews.az Teleqraf-a istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə “Həyat üçün şans” reabilitasiya mərkəzinin direktoru Elgiz Alxanova hökm oxunub.
Hökmə əsasən, Elgiz Alxanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, adam oğurluğunda, vəzifə səlahiyyətlərini aşmada, cinayətin təşkilində və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə ittiham olunub.
Hadisəyə görə təqsirləndirilən daha üç nəfərə isə şərti cəza verilib.
Qeyd edək ki, hadisə ötən il baş verib. Pərviz Zərdan oğlu Həsənovun yaxınları onun “Həyat üçün şans”da müalicə olunması üçün Elgiz Alxanovla əlaqə saxlayıblar. Elgiz Alxanovun tapşırığı ilə Pərviz Həsənov rebilitasiya mərkəzinə qanunsuz olaraq zorla, qolu qandallı şəkildə gətirilib. Pərviz orada qalmaq istəmədiyi bildirdikdən sonra getmək qərarına gəlib, bu zaman ona mane olublar. Halı pisləşən Pərviz Həsənovun orada ürəyi dayanıb və keçinib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub