Bu ilin iyununda Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınan piyada 1985-ci il təvəllüdlü Elmir Ağamalıyevin ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb.
Mynews.az Teleqraf-a istinadla xəbər verir ki, ehtiyatsızlıqdan zərərçəkmişin ölmünə səbəb olan 1999-cu il təvəllüdlü Nicat Məmmədov (ad-soyad şərtidir) 4 il müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, həmin gecə Elmir taksi tapa bilmədiyi üçün həmkəndlisi Nicatdan onu kənddən aparıb Bakı-Qazax avtomobil yoluna düşürməyini xahiş edib. Nicat isə sənədlərinin qaydasında olmadığını bildirərək onu apara bilməyəcəyini deyib. Bundan sonra Elmir yola çıxıb başqa avtomobillərə işarə versə də, saxlayan olayıb. Nəticədə Elmir yenidən Nicatdan gəlib onu aparmasını xahiş edib.
Nicat Elmirin xahişini bu dəfə yerinə yetirərək onu avtomobillə aparıb Pirsaat qəsəbəsi ərazisində düşürüb. Bundan sonra Nicat Məmmədov yanacaq doldurmaq üçün yanacaqdoldurma məntəqəsinə gedib. O, yanacaqdoldurma məntəqəsindən çıxıb yaşadığı Rəncbər kəndinə istiqamət alanda isə ehtiyatsızlıqdan bir az öncə sərnişini olan, yol kənarında dayanan Elmiri vurub.
Nicat hadisəyə səbəb kimi qarşıdan gələn maşının işıqlarının onun gözünə düşməsini göstərib.
Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılan Elmir Ağamalıyevin həyatını xilas etmək mümkün olmayıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub