Zaqatalada uşaq bağçasında rüşvət qalmaqalı yaşanıb.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, Zaqatala şəhəri Aydın Əhmədov adına 6 saylı körpələr evi və uşaq bağçasının müdiri vəzifəsində çalışmış Lətifə Nizami qızı Hasilova ilə bağlı hüquq-mühafizə orqanlarına çox sayda şikayət daxil olub.
Şikayətçilər bağça müdirinin onları müxtəlif işlərə düzəldəcəyi vədi ilə pullarını mənimsədiyini deyiblər.
Ümumilikdə 10-a yaxın vətəndaşdan külli miqdarda pul aldığı iddia olunan bağça müdiri Lətifə Hasilova tutduğu vəzifədən azad edilərək barəsində araşdırmalara başlanıb.
Araşdırmalar zamanı Lətifə Nizami qızı Hasilovanın uşaq bağçasının müdiri işləyərkən çox sayda vətəndaşdan müxtəlif məbləğlərdə pul alaraq onları həmin bağçaya işə götürəcəyinə dair söz verməsi və sonda vədinə əməl etməyərək həmin pulları mənimsəməsi müəyyən edilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq hərəkətləri davam etdirilir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub