Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub.
Mynews.az xəbər verir ki, hadisə Bakı–Qazax dəmir yolu xəttinin Kürdəmir rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 9-cu sinif şagirdi, rayon sakini 14 yaşlı Sərvət Səfərli dəmir yolunda dayanmış qatarın üzərindən keçmək istəyərkən onu yüksəkgərginlikli elektrik cərəyanı vurub.
Ağır bədən xəsarətləri alan məktəbli dərhal təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Kürdəmirdə Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, bu gün saat 13 radələrində cərəyan vurması səbəbilə 2011-ci il təvəllüdlü şəxs xəstəxanaya hospitalizasiya olunub. Ona elektrik cərəyanının təsiri, bədənin 65 faizdən çox hissəsinin termiki yanığı və yanıq şoku diaqnozları təyin edilib.
Pasiyentə ilkin tibbi yardım göstərildikdən sonra Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub