Cənubi Koreyanın kosmosa kommersiya raketi göndərmək üçün ilk cəhdi uğursuz olub.
Mynews.az xarici mətbuata istnadən xəbər verir ki, raket buraxılışdan qısa müddət sonra texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
Raket operatoru olan Innospace, Hanbit-Nano adlı raketin Braziliyadakı Alkantara Kosmik Mərkəzindən yerli vaxtla saat 22:13-də buraxıldığını, lakin qəzanın qalxışdan təxminən 30 saniyə sonra baş verdiyini bildirib.
Şirkətin yazılı açıqlamasında raketin buraxılışdan qısa müddət sonra texniki nasazlıq səbəbindən əvvəlcədən müəyyən edilmiş təhlükəsiz əraziyə düşdüyü və heç bir itki və ya əlavə ziyanın olmadığı qeyd edilib.
Qeyd edək ki, Hanbit-Nano raketinin Yer kürəsinin aşağı orbitinə 5 peyk də daxil olmaqla ümumilikdə 8 faydalı yük daşıması planlaşdırılırdı.
25 tonluq dağıdıcı gücə malik hibrid mühərriklə buraxılan raketin birinci mərhələsi oksigen və maye metan yanacaq mühərriki ilə işləyən ikinci mərhələ ilə dəstəklənir.
1
Tramp: NATO-nun bizə kömək etməməsi böyük səhv idi
692 dəfə oxunub
2
Daha bir ölkə müharibəyə qatıldı: İsrailə raket atdılar
676 dəfə oxunub
3
Məşhur müğənni xəstəxanaya yerləşdirildi - Təcili əməliyyat olundu
675 dəfə oxunub
4
Aprelin 1-dən yeni cərimə qüvvəyə minir
671 dəfə oxunub
5
Bakıda torpaq çökdü: Evlər üçün təhlükə yarandı
670 dəfə oxunub