Yanvarın 3-ü saat 01 radələrində Nəsimi rayonu Ceyhun Səlimov küçəsində "İveco” markalı təcili tibbi yardım avtomobili ilə motosiklet toqquşub.
Mynews.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı motosikletin 29 yaşlı sürücüsü Mehdi M. hadisə yerində həlak olub.
Qəza nəticəsində ambulansın sürücüsü və 2 sərnişin də xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Bildirilib ki, hadisə zamanı təcili tibbi yardım avtomobili yüksək sürətlə hərəkət edirmiş.
Faciəvi şəkildə ölən Mehdi restoranda kuryer kimi çalışırmış. Onun 10 aylıq körpəsi qalıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub