Əməkdar artist Firuz Xudaverdiyev dünyasını dəyişib. Mərhumun ailəsindən verilən məlumata görə, aktyor bu gün evində vəfat edib.
F. Xudaverdiyev bədxassəli şişdən əziyyət çəkirdi. O, bu gün Qobu qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Firuz Xudaverdiyev 1939-cu ildə Bakının Qobu kəndində anadan olub. O, Akademik Milli Dram Teatrının truppasına 1976-cı ildə qəbul olunub və müxtəlif dərəcəli obrazlar yaradıb. Aktyor 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
F. Xudaverdiyev 20-dən artıq filmdə, o cümlədən, “Pəncərədə işıq”, “Biz qayıdacağıq”, “Günaydın mələyim” və s. ekran əsərlərində çəkilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub