Bakıda cinsi azlıqların mənsubları yük avtomobilinin sürücüsünü qarət ediblər.
Mynews.az xəbər verir ki, homoseksualistlərin qurbanı Ağsu rayonunun 26 yaşlı sakini Rəhim Cəbrayılovdur. Qaradağ Rayon Polis İdarəsinin 38-ci bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş R.Cəbrayılovun sözlərinə görə, martın 27-dən 28-nə keçən gecə Sahil qəsəbəsinin ərazisi ilə Bakı istiqamətinə maşın sürüb.
Təxminən gecə saat 1 radələrində R.Cəbrayılov santexnika daşıdığı Ateko markalı yük maşınını gömrük postundan 200 metr aralıda saxlayıb. O, kabinədən çıxaraq yol kənarına tərəf gedib. Bu zaman başlarında qadın pariki, əyinlərində mini-yubka olan 4 transvestist qəflətən peyda olub. Onların ikisi R.Cəbrayılovun qollarını burub, ikisi isə onun üst-başını arayıb. Sürücüdən 1456 manatı götürən quldurlar aradan çıxıblar.
"Zərərçəkən əmin edir ki, cinayətkarlara müqavimət göstərməyə çalışıb. Lakin onlar qadın paltarı geyinsələr də, kişi gücündə olublar. Bu səbəbdən də R.Cəbrayılov onların öhdəsindən gələ bilməyib", - polis şöbəsindən bildiriblər.
Polis əməkdaşlarının dediklərinə görə, avtomobil trasının bu hissəsində transvestistlərin fahişəliklə məşğul olmaları dəfələrlə qeydə alınıb. Fahişəliksə Azərbaycanda cəmi 100 manat məbləğində cərimə ilə cəzalandırıldığından əxlaqsızlıqla məşğul olanlar "iş"lərindən əl çəkmirlər.
"Görünür, həmin gün transvestistlərin "gəlir"ləri az olduğundan quldurluğa əl atıblar", - polislər deyiblər.
Quldurların kimliyi hələlik bəlirlənməyib.
Sputnik Azərbaycan
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub