Mingəçevirdə iki nəfərin ölümündə təqsirləndirilən sürücülər Ülvi Hətəmov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Ü.Hətəmov və Ə.Əhmədovun hər biri 5 il 6 ay azadlıqdan məhrum edilib və onlar məhkəmə zalında həbs olunublar.
İttihama görə, hadisə Mingəçevir şəhəri, Samux küçəsində baş verib. Şəhər sakini Ülvi Hətəmovun idarə etdiyi "Mercedes-Benz" və Əhməd Əhmədovun idarə etdiyi QAZ-3110 avtomobilləri toqquşub.
Hadisə nəticəsində QAZ-3110 avtomobilindəki sərnişinlər - "Azərişıq" ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) əməkdaşları, 1983-cü il təvəllüdlü şəhər sakini Azər Manafov və 1965-ci il təvəllüdlü Yolçu Cavadov aldığı xəsarətlərdən ölüblər, hər iki sürücü isə xəsarət alıb.
Xatırladaq ki, QAZ-3110 avtomobilinin sürücüsü Əhməd Əhmədov "Azərişıq" ASC-nin Elektrik Təchizatı və Satışı İdarəsinin aparıcı mühəndisi işləyib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub