Türkiyənin Samsun şəhərində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanılıb.
Mynews.az Demirören Xəbər Agentliyinə (DHA) istinadən xəbər verir ki, park edilmiş yük maşınına çırpılan motosikletin sürücüsü Umut Can Turan qəza nəticəsində həyatını itirib.
Motosikletçi ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, Umut Can Turan Türkiyə milli badminton komandasının keçmiş üzvü olub və son vaxtlar kuryer kimi çalışıb.
Məlumata əsasən, mərhumun motosikletinin çırpıldığı yük maşınının sürücüsü, Azərbaycan vətəndaşı Nadir S. hadisə ilə bağlı saxlanılıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub