"TikTok" platformasında "Hüquq mərkəzi” adı altında səhifələr yaradılaraq canlı yayımlar vasitəsilə izləyici toplamaq və bu yolla vətəndaşların etibarından sui-istifadə edilməsi hallarına rast gəlinir.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli AZXEBER.COM-a bildirib ki, vətəndaşların müraciətləri əsasında Yasamal Rayon Polis İdarəsində aparılan istintaq tədbirləri nəticəsində özünü sosial mediada hüquqşünas kimi təqdim edən Səbiyyə Panəliyeva 145 zərərçəkmiş şəxsin ümumilikdə 449 916 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyinə görə Cinayət Məcələsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı görülən tədbirlərlə vurulan maddi ziyanın 381 529 manatının ödənilməsi təmin olunub, hazırda cinayət işinin ibtidai istintaqı davam etdirilir.
S.Panəliyevanın qanunsuz əməllərindən zərərçəkən digər şəxslər də aidiyyəti üzrə istintaqa müraciət edə bilərlər.
1
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
584 dəfə oxunub
2
Azərbaycan nefti kəskin bahalaşdı
574 dəfə oxunub
3
Bayramdan sonra ilk dərs bu tarixdə olacaq
565 dəfə oxunub
4
Prezident bu nazirliklə bağlı FƏRMAN İMZALADI
561 dəfə oxunub
5
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
553 dəfə oxunub