Gəncə Ağır Cinayətlər Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürüb, hadisə yerindən qaçmaqda təqsirləndirilən Elvin Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Mynews.az pravda.az-a istinadən xəbər verir ki, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Əliyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 9 ay 8 gün müddətə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, ağır yol-nəqliyyat hadisəsi 2025-ci il avqustun 1-də, saat 1 radələrində Bakı-Qazax magistral avtomobil yolunun Ağstafa rayonu ərazisindən keçən 463-cü kilometrliyində baş verib.
Belə ki, Elvin Əliyev sərxoş vəziyyətdə, etibarnamə olmadan və sürücülük vəsiqəsi ilə atasına məxsus "Mercedes-Benz E-220" markalı avtomobili idarə edib. O, Bakı istiqamətində hərəkətdə olarkən sürət həddini aşıb. Nəticədə Elvin maşınla həmin vaxt yolu keçən piyada - 2004-cü il təvəllüdlü Elgün Valeh oğlu Fəziyevi vurub.
Hadisə zamanı piyada başın ağır küt travması, qapalı kəllə-beyin travması, sağ ənsə-gicgah nahiyəsinə qansızma, sağ ənsə nahiyəsinin əzilmiş yarası, həmçinin bədənin müxtəlif səthi sıyrılmış yaraları kimi dərəcəsinə görə həyat üçün təhlükəli sayılan ağır bədən xəsarətləri alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsin ölümü alınmış xəsarətlər nəticəsində beyinə qansızma və ödem fonunda yaranmış mərkəzi tipli ağciyər-ürək çatışmazlığından baş verib.
Bundan başqa, ittihamda göstərilir ki, təqsirləndirilən E.Əliyev yol-nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxsə hər hansı yardım göstərməyib, aidiyyəti dövlət orqanlarına məlumat vermədən hadisə yerindən qəsdən qaçıb.
Hadisədən sonra Elvin Əliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
1
Bu həftə 11 günlük tətil başlayır
649 dəfə oxunub
2
AzTV-nin əməkdaşı vəfat etdi
643 dəfə oxunub
3
4 nəfər buraxılış imtahanından xaric edildi - Telefon aşkarlanıb
625 dəfə oxunub
4
ABŞ Xark adasına quru qoşunlarını cəlb edə bilər
609 dəfə oxunub
5
Bakıda 53 yaşlı qadın doğuş vaxtı öldü
591 dəfə oxunub