Sumqayıt-Pirşağı avtomobil yolunda hakim Aynur Rzayevanın ölümü ilə nəticələnən qəzanı törədən Nuran Abdurrahmanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.
Mynews.az e-hüquq.az-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, təqdimat təmin edilməyib. Məhkəmə N.Abdurrahmanovun ev dustaqlığı qətimkan tədbirinin tələblərinə əməl etməsini, himayəsində azyaşlı övladlarının olmasını nəzərə alaraq onun barəsindəki qətimkan tədbirini qüvvədə saxlayıb.
Xatırladaq ki, hadisə 2025-ci il dekabrın 22-də Sumqayıt-Pirşağı avtomobil yolunda baş verib. Belə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın avtomobili hərəkətdə olarkən qarşıdan gələn avtomobillə toqquşub. Qəza nəticəsində avtomobilin sürücüsü ağır xəsarətlər alıb, hakim Aynur Rzayeva isə hadisə yerində vəfat edib.
Qeyd edək ki, Aynur Rzayeva şəhid övladı olub. O, 2022-ci ildən məhkəmə sistemində fəaliyyət göstərib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub