"İdrak" liseyində müəllimi güllələyən şagirdlə bağlı ilginc iddialar yayılıb.
Mynews.az bildirir ki, hadisə şahidlərindən biri deyib ki, həmin şagird son günlərdə bir neçə dəfə müəllimi tərəfindən sıxışdırıldığını, bundan bezdiyini və onu güllələyəcəyini deyib.
"O şagirdin davranış pozuntuları var idi. Düşünmürdük ki, belə bir addım atar. Bu gün isə hadisə baş verəndə səs-küyə çölə çıxdıq. Tüfəngi qoyub, qaçmışdı".
Bəzi iddialara görə isə müəllimi güllələyən şagird kompüter oyunlarına maraq göstərib. Onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edilir.
Qeyd edək ki, valideynlər təcili şəkildə məktəbə gələrək övladlarını məktəbdən götürürlər. "Mən də övladımı götürməyə gəlmişəm. Hamımız çox həyəcanlıyıq. Olanlar bizi dəhşətə gətirib",- deyə valideynlərdən biri qeyd edib.
Xatırladaq ki, bu gün saat 9 radələrində Binəqədi rayonunda yerləşən "İdrak" liseyində 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub