Tərtər rayonunda qanunsuz ət kəsimi ilə məşğul olan dəstənin üzvləri saxlanılıb.
Polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri tədbir zamanı qanunsuz ət kəsimi ilə məşğul olan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli saxlanılıblar. T.Cəfərova məxsus yarımtikiliyə baxış zamanı çəkisi 146 kiloqram olan qidaya yararsız at əti aşkarlanıb.
Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub