8 fevral tarixində "Virgin Atlantic" aviaşirkətinə məxsus hava gəmisinin komandiri London–Dehli marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində qəfil pisləşmə qeydə alındığı üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün müraciət edib.
Bu barədə Mynews.az-a hava limanından bildirilib.
Qeyd olunub ki, Airbus A350 tipli təyyarə yerli vaxtla saat 21:26-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. Enişdən dərhal sonra sərnişinə tibbi xidmət tərəfindən operativ şəkildə ilkin tibbi yardım göstərilib. Hazırda sərnişinin vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq aviasiya və təhlükəsizlik tələblərinə uyğun olaraq bütün aidiyyəti qurumlarla koordinasiyanı təmin edib. Aeroport tərəfindən uçuş təhlükəsizliyi və sərnişinlərin sağlamlığı prioritet olaraq qorunur və bu istiqamətdə bütün əməliyyatlar operativ şəkildə icra edilir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub