Nərimanov rayonu ərazisində yerləşən zərgərlik mağazaların birindən 3 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
AZXEBER.COM xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı N.Dadaşova müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun Səbail və Nəsimi rayonları ərazisində yerləşən digər zərgərlik mağazalarından da ümumilikdə 2 min manat dəyərində qızıl-zinət və gümüş məmulatlarını oğurladığı müəyyən olunub.
Şübhəli şəxsin mağazalara müştəri qismində daxil olaraq satıcıların diqqətini yayındırmaqla oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub