Yasamal rayonunda yerləşən "Dominos Pizza” iaşə obyektində oğurluq hadisəsi baş verib.
Obyektdən ümumi dəyəri 1500 manat olan "Post monitor touch” markalı iki ədəd post monitor, ümumi dəyəri 480 manat olan "HP” markalı iki ədəd monitor, dəyəri 1500 manat olan HP markalı kompüter dəsti, dəyəri 1200 manat olan nərdivan və dəyəri 900 manat olan "HP” markalı prosessor oğurlanıb.
Hüquq-mühafizə orqanlarına müraciət nəticəsində cinayəti törətməkdə şübhəli bilinə şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrlə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş itiham üzrə özünü qismən təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
"Dominos Pizza” Azərbaycanda 2014-cü ildə "Domino S” MMC adı altında qeydiyyatdan keçib. MMC-nin qanuni təmsilçisi Məniçöhr Əhədpur Xangah Əli oğludur. O, mediada föqvəladə hallar naziri Kəmaləddin Heydərovun biznes ortağı kimi təqdim edilir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub