Bakıda 13 yaşlı qızla cinsi əlaqədə olan gənc oğlan həbs olunub.
AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.
İttiham aktına görə, 18 yaşlı Xəyal İsrafilov sevgi münasibətində olduğu 13 yaşlı Aydanla (şərti adla) qızın yaşadığı evdə könüllü şəkildə təbi yolla cinsi əlaqədə olublar. Qızın və ailəsinin şikayəti əsasında Xəyal saxlanılaraq barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Aydan özü onu yaşadığı evə çağırıb. Əvvəlcə qonaq otağında söhbət ediblər, sonra isə yataq otağında cinsi əlaqədə olublar. Xəyal ifadəsində bildirib ki, cinsi əlaqədə olmaq üçün Aydana heç bir hədə-qorxu gəlməyib.
Zərərçəkən şəxsin sözlərinə görə isə Xəyal ona hədə-qorxu gəlib. Belə ki, Aydan anası ilə marketdə olarkən Xəyal onları görüb. Axşam "Instagram" sosial şəbəkəsində ona yazaraq, başqa bir oğlanla cinsi əlaqədə olduğunu bildiyini deyib və onunla da eyni münasibətdə olmağı təklif edib. Əks halda Xəyal həmin oğlanla arasında olan münasibəti ailəsinə deyəcəyi ilə Aydanı hədələyib. Zərərçəkən də bundan qorxaraq Xəyalla cinsi əlaqəyə razı olub.
Lakin zərərçəkən və ailəsi təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayətinin olmadığını bildirib. Həmçinin Xəyal da əməlindən peşman olduğunu dilə gətirib.
Qaradağ rayon Məhkəməsinin qərarı ilə Xəyal İsrafilov barəsində 2 il 7 ay 8 gün müddətinə həbs qərarı verilib.
1
Elxan Paşayevin ölkədən çıxışına qadağa qoyuldu
1142 dəfə oxunub
2
Buraxılış imtahanının formatı dəyişdi
1140 dəfə oxunub
3
Bakı – Sumqayıt qatar xəttində ölüm
1127 dəfə oxunub
4
Bu kanallara lisenziya verildi
1126 dəfə oxunub
5
Bu xəstəliyin müalicəsini icbari tibbi sığorta qarşılayır
1125 dəfə oxunub