Azərbaycan Rəqəmsal İnkişaf Şurası yaradılıb.
Mynews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycanda rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Fərmanla Şuranın sədri Azərbaycanın Birinci vitse-prezidenti təsdiq edilib.
Şuranın üzvləri isə aşağıdakılardır:
Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılıb, və Katiblik funksiyasının həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.
Həmçinin müəyyən edilib ki, Şura bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları, elmi müəssisə və təşkilatları cəlb edə, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) və digər maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.
Bundan başqa, Şura rəqəmsal inkişaf sahəsi üzrə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və dövlət orqanları (qurumları) arasında siyasətin əlaqələndirilməsini təmin etməli, dövlət orqanları (qurumları) tərəfindən icra olunan layihələrin bu sahədə mövcud strateji məqsədlərə uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirməli, eləcə də dövlət orqanlarının (qurumlarının) təklifləri və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir.
Şura fəaliyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verəcək.
1
Yağışlı hava neçə gün davam edəcək?
813 dəfə oxunub
2
Şagirdlərin davamiyyətində azalma müşahidə edilir
807 dəfə oxunub
3
Bu imtahanın düzgün cavabları açıqlandı
800 dəfə oxunub
4
Magistr imtahanında iştirak etmək istəyənlərin nəzərinə
732 dəfə oxunub
5
Polis bu uşağın valideynlərini axtarır
728 dəfə oxunub