Ginnesin Rekordlar Kitabına düşən Lənkəran sakinin dənizdə meyiti tapılıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxsin Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini Ələsgər Həsənzadə olduğu müəyyən edilib.
Qeyd edək ki, Ələsgər Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi olub. O, yeddi yaşında olarkən 1 saat 44 dəqiqə 25 saniyə ərzində arxası üstə uzanmış halda əllərini ayaqlarına tərəf (buna idman termini ilə "press” deyirlər) 3 min dəfə çatdıraraq dünya rekordunu təzələyib.
Ələsgər Həsənzadə dünyada Ginnesin Rekordlar Kitabına düşən ilk azyaşlı olub. Balaca idmançı qızıl medal və Planetin Rekordlarının Qeydiyyatı üzrə Rusiya Komitəsinin diplomu ilə təltif edilib.
O, həmçinin, Ginnesin Rekordlar Kitabında fəxri üzv kimi qeydə alınıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub