"Son dövrlər sosial şəbəkələrdə özünü "Qəzetçi” kimi təqdim edən səhifə tərəfindən Azərbaycanla bağlı sistemli şəkildə dezinformasiya xarakterli məlumatların tirajlanması müşahidə olunmaqdadır”.
Mynews.az xəbər verir ki, barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında deyilir.
Qeyd olunub ki, ictimai rəydə çaşqınlıq yaradan, əsas missiyası xaricdən ölkəmizin informasiya mühitini çirkləndirmək olan bu "resurs” guya 150 nəfər həkim və feldşerin hərbi səfərbərliyə cəlb edilərək İranla sərhəddə yerləşən Astara və Füzuli rayonlarına göndərildiyinə dair həqiqətə uyğun olmayan məlumat yayıb:
"Bu kimi informasiya təxribatlarını qəti şəkildə pisləyir və bəyan edirik ki, belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır.
Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə çağırırıq”.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub