Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi" publik hüquqi şəxs ləğv edilib.
Mynews.az trend.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq fərman imzalayıb.
Fərmana görə, Naxçıvan Nazirlər Kabineti iki ay müddətində Ali Məclis sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etməlidir.
Həmçinin Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi" publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edəcək.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub