Martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Mynews.az xəbər verir ki, bu barədə Suraxanı Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, ilkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Qeyd edək ki, iki uşaq anası P.Abbasova Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində müəllim işləyib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub