USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Bakıda qardaşını körpəsinin gözü önündə öldürən şəxsə HÖKM OXUNDU

20:48 15.04.2026
Bakıda qardaşını körpəsinin gözü önündə öldürən şəxsə  HÖKM OXUNDU
20:48 15.04.2026

Bakıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.

Mynews.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Amin Nurinin 18 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən Amin Nuri 16 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2025-ci il iyulun 3-ü səhər saatlarında paytaxtın Binəqədi rayonunda baş verib. Məlumaat görə, 1996-cı il təvəllüdlü Aslan Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra Polis Şöbəsinə gedib. O, qardaşını öldürdüyünü etiraf edərək könüllü təslim olub.
İddialara görə, hadisə mülk bölgüsü ilə əlaqədar olub.

Amin Nuriyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 157,1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə yekun ittiham elan olunub.


Xəbər lenti