Ötən gün Yasamal rayonu Kənar Dairəvi yolda baş vermiş ağır qəzada həyatını itirən şəxsin kimliyi məlum olub.
Mynews.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Vüqar Məmmədovun idarə etdiyi "Toyota” markalı avtomobilin "Kamaz”a çırpılması nəticəsində həlak olan şəxs 1974-cü il təvəllüdlü Beyləqan rayon sakini İlhamə Kamranovadır.
O, Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim işləyirmiş.
Təhsil müəssisəsindən saytımıza bildirilib ki, dünən İ.Kamranovanın məktəbdə dərsi olmayıb.
Qeyd edək ki, hadisə nəticəsində sürücü V.Məmmədov və daha 2 qadın sərnişini xəsarət alıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub