Həftəsonu paytaxtın daha 3 ünvanında rahat gediş-gəliş üçün təmir aparılacaq.
Mynews.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Sözügedən ünvanlar aşağıdakılardır:
1. Səməd Vurğun küçəsi (Salatın Əsgərova – Füzuli küçələri arası);
2. Rəşid Behbudov küçəsi (28 May – Şəmsi Bədəlbəyli küçələri arası);
3. Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov – Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində).
Bildirilib ki, təmir işlərinə aprelin 24-ü saat 23:00-da başlanılacaq və aprelin 26-sı saat 07:00-dək yekunlaşdırılması planlaşdırılır.
"Rəşid Behbudov küçəsində hazırlıq işlərinə daha erkən başlanılacaq. Asfalt-beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunan ünvanlarda işlərin mərhələlərinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq.
Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddətdə həmin ərazilərdə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər”, - məlumatda bildirilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub