Lənkəran rayonunun Səpnəkəran kəndində orta məktəbinin müəllimi Maygül Əliyevanı qətlə yetirən həyat yoldaşı Rüfət Aydın oğlu Əliyev tutulub.
Mynews.az Report-a istinadən xəbər verir ki, həyat yoldaşı 48 yaşlı Maygül Daməd qızı Əliyevanı taxta parçası ilə baş nahiyəsindən zərbə ilə qətlə yetirib.
Yaxınlarının bildirdiyinə görə, hadisə baş verən zaman evdə heç kim olmayıb. Hadisə yerinə ilk gələn mərhumun oğlu olub. O, anasını ölmüş vəziyyətdə tapıb. Həmin vaxt atasının isə evdə olmadığını görüb. Atası ilə əlaqə yaratmağa çalışsa da mümkün olmayıb.
Həmçinin bildirilib ki, ailədə tez-tez mübahisələr olub və R.Əliyev bir neçə dəfə arvadını döyüb.
R.Əliyevin atası A.ƏLiyev bildirib ki, oğlu Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub