İyunun 5-də Azov dənizinin Taqanroq körfəzində göyərtəsində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşı olan “Natra” və “Circon” yük gəmiləri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Mynews.az Modern.az-a istinadla bildirir ki, hadisə zamanı həyatını itirən azərbaycanlı dənizçilərdən dördünün kimliyini dəqiqləşdirib.
Məlumata görə, hücuma məruz qalan "Circon" gəminin kapitanı Fuad Orucov və böyük mexanik Qismət Əliyev həlak olublar.
"Natra" gəmisində isə kapitan Rəcəb Əhədov və kapitanın ikinci köməkçisi Məhəmməd Əliyev dünyasını dəyişib.
Qeyd edək ki, hadisə zamanı yaralanan 3 Azərbaycan vətəndaşının vəziyyətinin normal olduğu və hazırda Rusiyanın Krasnodar diyarının Yeysk şəhər mərkəzi xəstəxanasının cərrahiyə və travmatologiya şöbələrində müalicə aldıqları bildirilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub