"Narmiw.Niko" bloqunun sahibi Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub.
Mynews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, faciəvi hadisə iyunun 12-si saat 21 radələrində paytaxtın Nizami rayonu ərazisində - Babək prospektində baş verib.
Belə ki, həmin vaxt İman Həsənovun idarə etdiyi "İveco" markalı marşrut avtobusu ilə paytaxt sakini 2002-ci il təvəllüdlü Rövşən Muradovun sürdüyü "Chery" markalı avtomobil toqquşub.
Nəticədə, R.Muradov, sərnişini 2002-ci il təvəllüdlü Məryəm Elxan qızı Məmmədova və avtobusun 3 sərnişini xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardıma baxmayaraq, Məryəm Məmmədova iyunun 15-nə keçən gecə xəstəxanada vəfat edib.
![]()
Qeyd edək ki, Məryəmin atası Elxan Məmmədov uzun müddət Gəncə Şəhər İcra Hakimiyyətində məsul vəzifələrdə işləyib. Babası Müsəddin Məmmədov 40 ilə yaxın Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı orta məktəbin direktoru olub.
Məryəm bu gün Gəncədə dəfn edilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub