"Sökülən evlərlə bağlı kompensasiya məsələsində sosial amillər də nəzərə alınmalıdır".
Mynews.az xəbər verir ki, bu sözləri Azərbaycan Qiymətləndiricilər Palatasının mətbuat konfransında Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov deyib.
Sədr qeyd edib ki, söküntü aparılan ərazilərdə maddi itkilər də qiymətləndiriliməlidir: "Sökülən evlərlə bağlı kompensasiya yalnız əmlakın bazar dəyəri əsasında müəyyən edilməməlidir. Bu prosesdə insanların üzləşdiyi sosial və maddi itkilər də qiymətləndirilməlidir".
O həmçinin bildirib ki, yaşayış yerini dəyişən şəxslər üçün əlavə çətinliklər yarana bilər. Məsələn, həmin ərazidə işləyən insanlar köçdükdən sonra iş yerlərinə uzaq məsafədən getməli, nəqliyyat xərcləri artmalı və ya yeni ərazidə iş imkanları axtarmalı ola bilərlər.
Bu səbəbdən kompensasiya mexanizmlərində yalnız evin dəyəri deyil, vətəndaşların köç nəticəsində yarana biləcək digər itkiləri və sosial faktorları da nəzərə almaq vacibdir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub